11 iyul 2015 21:00
Sumqayıtla AZAL-dan dörd qolluq heç-heçə
Premyer Liqanın 2015/16 mövsümü üçün hazırlığa start verən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda "Kapital Bank Arena"da digər Premyer Liqa təmsilçisi AZAL-la qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Bu görüşdə "Sumqayıt"ın hücumçusu Ağabala Ramazanov dubl edib.
Qeyd ki, "Sumqayıt" FK iyulun 14-dən etibarən təlim-məşq toplanışına toplaşacaq.
