11 iyul 2015 17:00
Kapsa Xəzər Lənkəranda qalacaq
"Xəzər Lənkəran" yeni mövsüm üçün heyətinə daha bir qapıçı cəlb edib. Azerisport.az xəbər verir ki, cənub klubu baxışa dəvət etdiyi Pavel Kapsanı saxlamağa qərar verib.
Qeyd edək ki, polşalı qolkiper komandanın Türkiyə toplanışında iştirak edir. O, özünü yaxşı tərəfdən göstərə bilib və məşqçilər korpusu onunla müqavilə bağlanılmasına qərar veriblər. Kapsa ilə bir illik müqavilənin imzalanması gözlənilir.
Onu da xatırladaq ki, Pavel bundan öncə "Simurq"da çıxış edirdi.
