11 iyul 2015 15:30
Aleksey Qay: Dinamoya qalib gələcəyimizə inanırdıq
"Qəbələ"nin yarımmüdafiəçis Aleksey Qay Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunun çətin keçdiyini deyə bilərəm. Avropa Liqasında asan rəqib olmur. Ona görə də "Qəbələ"ni qələbə münasibətilə təbrik etmək olar. Biz "Dinamo"ya qalib gələcəyimizə inanırdıq və ona görə də buna nail olduq. İnam olmadan heç nəyə nail olmaq olmaz. Əlbəttə, azarkeş amilini də qeyd etməmək olmur. Dəstək olanda, komanda özünə daha da əmin olur. Bizə də azarkeşlərimizin dəstəyi kömək oldu. Öz uğurlarımızın davamını gətirməyə çalışacağıq".
