11 iyul 2015 14:00
Ukraynalı futbolçu Premyer Liqamızda oynaya bilərmiş
Ukraynalı futbolçu Kiril Sidorenko bəyan edib ki, o, karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, bir müddət öncə yerli "İliçevets"ə keçən futbolçu bunu özü bəyan edib?
"Menecerim mənə özümü "İliçevets"də sınamağı təklif etdi, mən də qəbul etdim. Ona qədər mənə Azərbaycandan da dəvət gəlmişdi. Konkret təklif idi. Bütün mənfi və müsbət cəhətləri götür-qoy etdikdən sonra "İliçevets" variantına üstünlük verdim".
