11 iyul 2015 12:00

Tahir Süleymanov: Neftçi maliyyə problemlərindən şikayətlənsə, İnter özünü İnter Arenada asmalıdır

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasındakı təmsilçilərimizdən ikisi mərhələ adladı, biri bacarmadı. Nəticəni necə qiymətləndirə bilərsiniz?
- "İnter"lə "Qəbələ"ni təbrik etmək istərdim. "Qəbələ" təkcə növbəti mərhələyə adlamadı, Tiflis "Dinamo"sunu məğlub etməklə həm də psixoloji baryeri keçdi. Bu klub böyük uğurlar üçün alışıb-yanır. Buna klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular, azarkeşlər də hazırdırlar.

- Böyük uğurlar dedikdə nəyi nəzərdə tutursunuz?
- Minimum pley-off mərhələsinə qədər irəliləməyi. Qrup mərhələsi barədə də düşünmək olar. "İnter" də tərifə layiqdir. Çünki komandanın məlum problemləri mövcuddur. Belə vəziyyətdə mərhələ adlamaq qəhrəmanlıqdır. Əminəm ki, hər iki klubumuz növbəti mərhələdə də uğur qazana bilər.

- Bəs "Neftçi"nin çıxışı barədə nə deyə bilərsiniz?
- "Neftçi" həmkarlar ittifaqı yox, futbol klubudur. Avropa Liqası isə 19 yaşlı futbolçular üçün Azərbaycan çempionatı deyil. Belə bir klubu bu vəziyyətə salmaq lazım deyildi. Komandanın avrokubokların cari mövsümündəki çıxışı böyük ləkədir. Azərbaycan klublarına hələ "Mladost" kimi zəif rəqib düşməmişdi. Çernoqoriya klubu Azərbaycan birinci divizionunda ən yaxşı halda 4-5-ci yerlər uğrunda oynaya bilərdi. Bu klub həvəskar səviyyədə idi.

- Bəs belə bir komandanı keçə bilməməyin günahı kimdədir?
- Günahın Samir Əliyevlə futbolçularda olmadığı dəqiqdir. Bir daha deyirəm ki, "Neftçi" futbol klubudur, həmkarlar ittifaqı deyil. Klub qısa bir zamanda belə bir vəziyyətə gətirildi. Bu insanlar çıxıb cavab verməlidirlər. Futbolla, "Neftçi" ilə zarafat etmək olmaz. Belə çıxış klubun imicinə də mənfi təsir edir. "Neftçi" indi "Mladost"u keçə bilmirsə, yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsindən danışmaq yersizdir.

- Klub gənclərə üstünlük verir...
- Aqil Məmmədov, Kaue, Araz Abdullayev, Ruslan Qurbanov, Nicat Qurbanov artıq gənc deyil. Xalqı aldatmaq lazım deyil. Bəs öz yetirmələri hanı? Elvin Yunuszadə ilə Mirhüseyn Seyidovun bu oyunlarda yeri aşkar görünürdü. Ayltonu vaxtında transfer etsəydilər, Cavid İmamverdiyevi də sifariş edə bilərdilər. O, komandaya kömək edə bilərdi.

- Azərbaycan klubları hazırda ciddi maliyyə problemləri yaşayır. Bəlkə, "Neftçi" də bunu nəzərə alıb?
- Maliyyə problemi olan klub Avstriyada təlim-məşq toplanışı keçə bilməzdi. Belə bir klub Çernoqoriyaya iki gün öncədən getməzdi. "Neftçi"nin maliyyə problemi yoxdur. "Neftçi"nin layiq olduğu şəkildə çıxış etmək lazım idi. "Neftçi" maliyyə problemlərindən şikayətlənsə, onda "İnter" "İnter Arena"da özünü asmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.