11 iyul 2015 11:00
Ayntraxt Balayevsiz qələbə qazandı
Almaniyanın "Ayntraxt" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası Avstriya toplanışı çərçivəsində yerli "Şvats" klubu ilə üz-üzə gəlib.
Matç Bundesliqa klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb. Balayev oyunu ehtiyat oyunçular skamyasından izləyib.
