11 iyul 2015 00:30
Qarabağ UEFA reytinqində ən yaxşı göstəriciyə malik klubumuzdur
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yeni reytinq cədvəlində yeddi klubla təmsil olunur.
Ən yüksək reytinqə malik komandamız son illərdə olduğu kimi, "Qarabağ"dır. Ağdam təmsilçisi 10.750 xalla 135-ci pillədə qərarlaşıb.
Digər klublarımızın mövqeyi isə belədir: "Neftçi" - 159-cu pillə (9,000 bal), "İnter" - 272 (4,250), "Xəzər Lənkəran" - 291 (3,750), "Qəbələ" - 335 (3,000), "Bakı" və AZAL - 356 (2,500).
Qeyd edək ki, Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 balla 28-cidir.
