10 iyul 2015 20:00
Fariz Nəcəfov: Çukariçki çətin rəqibdir
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Çukariçki"si barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tiflis "Dinamo"su üzərində qələbə qazanacağımızı gözləyirdik. Nə vaxtsa uğur qazanıb, azarkeşlərimizi sevindirməli idik. Amma bununla kifayətlənmək olmaz. Növbəti mərhələyə hazırlaşmaq lazımdır. Əlbəttə, bizi "Çukariçki" kimi çətin rəqib gözləyir. Lakin "Dinamo" üzərindəki qələbə komandamızda özünəinam hissini artıracaq və futbolçularımıza onlardan gözlənilən oyunu qurmaq daha asan olacaq. İnanmaq lazımdır. Qələbə özü gələcək".
