10 iyul 2015 18:00
Ansi Aqollinin komandası texniki qələbəyə sevindi
İdman-Arbitraj Məhkəməsi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Serbiya və Albaniya yığmaları arasındakı oyunun nəticəsini dəyişdirib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma futbolçular arasındakı dava-dalaş səbəbindən başa çatmamışdı.
UEFA isə albanları günahkar çıxararaq, bu komandaya texniki məğlubiyyət vermişdi. Amma Albaniya İAM-a şikayət edərək, bu məsələnin yenidən araşdırılmasını istəmişdi. Göründüyü kimi, albanların bu şikayəti öz bəhrəsini verib.
Qeyd edək ki, Albaniya yığmasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də çıxış edir.
