10 iyul 2015 17:20
Vüqar Əsgərov Latviya klubunda!
Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov karyerasını yenidən bərpa edib. Azerisport.az xəbər verir ki, xeyli müddət idi klubsuz qalan futbolçu karyerasını yenə Latviyada davam etdirəcək.
O, birinci liqada çıxış edən "Liepaya" komandası ilə müqavilə imzalayıb. Müqavilə bir illik nəzərdə tutulub. Əsgərov yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
