10 iyul 2015 16:00

UEFA Qəbələnin stadionunu diskvalifikasiya edə bilər

UEFA "Qəbələ" şəhər stadionunu diskvalifikasiya edə bilər. Azerisport.az xəbər verir ki, buna Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ötən gün baş tutan Tiflis "Dinamo"su ilə ev oyununda baş verənlər səbəb göstərilir.

Bunun üçün isə Gürcüstan təmsilçisinin UEFA-ya şikayət etməsi yetərli olacaq. Belə olan halda "Qəbələ" həm pul cəriməsi ödəmək məcburiyyətində qalacaq, həm də bir müddət ev oyunlarını öz stadionunda keçirməkdən məhrum olacaq. UEFA belə bir qərar çıxarsa, bölgə klubu ev oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirə bilər. Lakin qitə futbol qurumu fərqli qərar da çıxara bilər. Belə ki, oyun Qəbələ şəhər stadionunda, amma azarkeşsiz keçirilə bilər.

Qeyd edək ki, "Qəbələ" Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq. Həmin oyunlardan birincisi iyulun 16-da səfərdə, cavab görüşü isə ayın 23-də Azərbaycanda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.