10 iyul 2015 15:45
Asif Məmmədov: Gürcü təxribatçılara öz qələbəmizlə cavab verdik
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubuna qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hesabın açıldığı epizod zamanı topa başla zərbə endirdim və tora daxil olduğunu gördüm. Sergey Zenyovu orada görmədim. UEFA səhvini düzəldibsə, deməli, hər şey düzdür. Amma əslində daha önəmli olan komandamızın qələbə qazanması, mərhələ adlamasıdır. Gürcü təxribatçılara öz qələbəmizlə cavab verdik".
