10 iyul 2015 15:30

Rəşad Sadiqov: Mükafat? Dinamo üzərində qələbə elə mükafatdır

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su (Gürcüstan) üzərində qazandıqları qələbədən (2:0, ilk oyun 1:2) sonra azerispot.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Çox çətin oyun alındı. Qələbə isə xüsusidir. Oyunun sonlarında iki qol vurmaqla qalib gəlməyin yeri başqadır. Ona görə də çox sevincliyik.

- Matçın sonunda təzyiqi daha artırdınız və qollar vurdunuz. Bunu daha tez etmək olmazdı?
- Prinsipcə, biz bütün oyun ərzində daha üstün idik. 90 dəqiqə ərzində rəqib qapısı qarşısında qol vəziyyətləri yaratmaq böyük güc tələb edir. Biz də bunu edə bildik və sonda istəyimizə çatdıq.

- Top sanki "Dinamo"nun qapısına daxil olmaq istəmirdi. Həmin anlarda ruhdan düşmürdünüz?
- Bizim ilk dəqiqələrdən etibarən qol vəziyyətlərimiz olurdu. Əlbəttə, vaxt keçdikcə hesabı aça bilməməyimiz bizi daha çox narahat etməyə başlayırdı. Amma inanmağa davam edirdik. İnam çox yaxşı şeydir.

- "Qəbələ"nin bu oyunda xarakter nümayiş etdirdiyini demək olar?
- Elədir ki, var. Biz əsl xarakter göstərdik. Qələbəmiz də tam layiqli idi. Biz "Dinamo"dan bütün komponentlərdə üstün idik.

- Siz bu xarakteri Tiflisdəki oyunda göstərsəydiniz, yəqin ki, vəziyyət bu həddə çatmazdı...
- Sizinlə razıyam.

- Oyundan sonra klub prezidenti Tale Heydərov komanda ilə görüşdü. O, sizə nə dedi?
- Qələbə münasibətilə bizi təbrik etdi. Bildirdi ki, bizə inanır. Növbəti oyunlarda uğurlar arzuladı.

- Mükafat söz verildi?
- Xeyr, mükafatla bağlı heç bir söhbət olmadı. Qələbənin özü elə bir mükafatdır.

- Növbəti mərhələdə "Qəbələ"dən nə gözləyək?
- "Qəbələ"nin potensialı növbəti mərhələdə də uğur qazanmağa imkan verir. Çalışacağıq ki, yenə uğur qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.