10 iyul 2015 13:30

İnterlə Qəbələnin rəqibini daha yaxından tanıyaq

Ötən gün Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən biri - "Neftçi" mübarizəni dayandırsa da, ikisi - "Qəbələ" ilə "İnter" adını ikinci təsnifat mərhələsinə yazdırmağı bacardı. Azerisport.az xəbər verir ki, artıq təmsilçilərimizin növbəti rəqibləri də bilinir.

"Qəbələ"ni qarşıda Serbiyanın "Çukariçki", "İnter"i isə İslandiyanın "Hafnarfyordur" klubu ilə duellər gözləyir. Hər iki komandamız ilk oyununu iyulun 16-da səfərdə keçirəcək. Cavab görüşləri isə ayın 23-də ölkəmizdə baş tutacaq.

İndi isə təmsilçilərimizin növbəti rəqiblərini bir qədər yaxından tanıyaq:

"Hafnarfyordur"
İslandiya klubu Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə o dövrdə Azərbaycan çempionu "Neftçi"yə rəqib olan bu komanda yenidən Bakıya gələcək. "Hafnarfyordur" Çempionlar Liqasında baş tutan həmin qarşılaşmalarda "Neftçi" ilə bacarmamışdı. Belə ki, "ağ-qaralar" hər iki oyunda (2:0, 2:1) qalib gələrək, mərhələ keçmişdi. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq.

"Hafnarfyordur" 1929-cu ildə yaranıb. Bu müddət ərzində komanda 6 dəfə İslandiya çempionu olub, 2 dəfə ölkə kubokuna sahib çıxıb. 6 dəfə İslandiya Liqa Kubokunda ən güclü olmuş bu komanda elə eyni sayda da ölkə Super Kubokunu başı üzərinə qaldırıb.

Amma bu komanda avrokuboklarda o qədər də uğurlu çıxış edə bilmir. "Hafnarfyordur" tarixi ərzində yalnız bir dəfə (!) avrokuboklarda iki mərhələ keçə bilib. O da 11 il öncə UEFA Kubokuna təsadüf edib. Bu mövsüm isə İslandiya klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın SJK klubuna həm səfərdə, həm də evdə qalib gələrək, "İnter"ə rəqib olub.

"Hafnarfyordur" Avroliqaya ötən mövsüm gümüş medallara sahib çıxaraq vəsiqə qazanıb. Keçirdiyi 22 oyunda 51 xal qazanan komanda çempiondan sadəcə, 1 xal geri qalaraq, ikinci yerlə kifayətlənib. 15 oyunda qalib gələn komanda 6 dəfə heç-heçəyə razılaşıb, cəmi bir dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 46 top keçirən "İnter"in rəqibi öz qapısında cəmi 17 top görüb. Bu göstəricilərə görə isə "Hafnarfyordur" İslandiya çempionatının son mövsümünün rekordçusudur. Çünki bu komanda hamıdan çox qol vurub, hamıdan az qol buraxıb və təbii ki, ən yaxşı top fərqinə malikdir.

Maraq üçün qeyd edək ki, İslandiyada hazırda yeni mövsümün qızğın vaxtıdır. Geridə qalan 10 turda "Hafnarfyordur" 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə hamıdan çox (23) xal toplayaraq, zirvədə qərarlaşıb. Hamıdan çox (23) qol vuran "İnter"in rəqibi öz qapısında cəmi 10 top görüb.

"Hafnarfyordur"un baş məşqçisi Heymir Qudyonssondur. Komandanın heyətində Belçika və İngiltərədən iki, Şotlandiya, Mali və Seneqaldan isə bir legioner var.

"Çukariçki"
"Qəbələ"nin rəqibi isə 1925-ci ildə "dünyaya göz açıb". Serbiya klubunun elə də ciddi uğurları yoxdur. Bu komanda ölkə çempionatında ən yaxşı halda iki dəfə ikinci olub.Son mövsümdə isə "Çukariçki" Serbiya kubokuna sahib çıxıb. Elə bunun sayəsində də komanda Avroliqada oynamaq hüququna yiyələnib.


Serbiya klubunun avrokuboklarda da heç bir uğuru yoxdur. Vaxtilə keçirilmiş İntertoto Kubokunu (həmin turnirdə də iki dəfə çıxış edib) nəzərə almasaq, bu komanda ikinci dəfədir ki, qitə miqyaslı yarışlarda çıxış etmək şansı əldə edib. 2014/15 mövsümündə Andorranın "Sent Culiya" klubunu (4:0, 0:0) keçən "Çukariçki" ikinci təsnifat mərhələsində Avstriya "Qrodiq"inə uduzub (0:4, 2:1). Bu mövsüm isə Sloveniya "Domjale"si serblər üçün problem yarada bilməyiblər. Səfərdə 1:0 hesabıyla qalib gəlmiş "Çukariçki" ev oyununda qolsuz heç-heçə sayəsində "Qəbələ"yə rəqib olub. Amma ümid edək ki, Serbiya klubu bu dəfə də üçüncü təsnifat mərhələsinə vəsiqə əldə edə bilməyəcək.

Bu komanda Serbiya çempionatının son mövsümündə də uğurlu çıxış edib. Hər halda keçirdiyi 30 oyunda 57 xal toplayan "Qəbələ"nin rəqibi üçüncü yeri tutub. 16 qələbə, 9 heç-heçə və 5 məğlubiyyət görən Serbiya klubu 48 qol vurub, öz qapısında 24 top görüb.

Komandanın baş məşqçisi Vladan Miloyeviçdir. Klubda Braziliyadan, Bosniyadan, Çernoqoriyadan, Qanadan olan altı legioner çıxış edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.