10 iyul 2015 13:20
Dodo: Dinamo üzərində qələbə Avroliqanın qrup mərhələsinin açarı olmalıdır
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubuna qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xoşbəxtəm. Xoşbəxtəm ki, "Qəbələ"də keçirdiyim bu qədər ildən sonra nəhayət belə bir uğura da nail olduq. Biz öz istəyimizə çata bildik. Bizə görə həyəcan keçirən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Biz çəkdiyimiz əziyyətə görə bu uğura layiq idik. Ümid edirəm ki, bu, sadəcə, başlanğıcdır. "Dinamo" üzərində qələbə Avropa Liqasının qrup mərhələsinin açarı olmalıdır".
