10 iyul 2015 13:10

Dinamo Qəbələ stadionunda baş verənlərlə bağlı UEFA-ya şikayət etməyə hazırlaşır

Tiflis "Dinamo"su UEFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Gürcüstan klubu ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə cavab matçında baş verənlərdən narazı qalıb.

Bunu "Dinamo"nun icraçı direktoru Nikoloz Jharkava yerli telekanala açıqlamasında bəyan edib. O, qeyd edib ki, Qəbələ şəhər stadionunda baş verənlərlə bağlı UEFA-ya mütləq məlumat verəcəklər.

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçında ötən gün yerli azarkeşlər "Burchali is ancient Azerbaijan land", "Sarvan no Marneuli", "Bostandere No Rustavi" və "Choruk Gemerli! No Bolnisi!" plakatları nümayiş olundu. Amma polislər həmin plakatları dərhal yığışdırdılar. İkinci hissənin əvvəlində isə Gürcüstan bayrağının yandırıldığı iddia olunur.

Bütün bunlar isə gürcü fanatların Tiflisdəki oyunda etdiklərinə cavab idi. Məsələ burasındadır ki, həmin oyunda da "Dinamo" azarkeşləri "Biz Zaqatalanı və Qaxı xatırlayırıq, 1921" plakatını asmışdılar. Bu azmış kimi, azərbaycanlı azarkeşlərə hücum edilmiş, onların əllərindən bayraqlar və plakatlar alınmışdı. Hətta həmin bayraq və plakatları ayaqları altına ataraq, şəkillərini internetdə paylaşmaqdan da çəkinməmişdilər. Bütün bunlar da azərbaycanlı futbolsevərləri özündən çıxarmışdı və cavab oyununda baş verənlərin əvəzini çıxmaq istəyirdilər.

"Dinamo" rəhbərliyi isə iddia edir ki, bütün bu təxribatçı hərəkətlərdə onların əli yoxdur. Guya Tiflisdəki plakatı açanlar "Dinamo"nun fan-klubunun üzvləri deyilmiş və həmin plakatı dərhal yığışdırıblar. Digər olaylar isə stadiondan kənarda baş verib və buna görə onlar heç bir məsuliyyət daşımırlar. "Qəbələ"də isə hər şeyin arenada baş verməsi səbəbindən onlar bunu fürsət bilib, UEFA-ya şikayət ünvanlamaq fikrindədirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.