10 iyul 2015 13:00
Şahin Diniyevin klubu Nazim Süleymanovun komandasına qalib gəldi
Premyer Liqaya hazırlığı davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu Bakı toplanışı çərçivəsində "Dalğa Arena"da Azərbaycanın U-19 komandası ilə qarşılaşıb.
Şahin Diniyevin çalışdırdığı komanda Nazim Süleymanovun baş məşqçisi olduğu millimizdən güclü olub - 4:1.
Qeyd edək ki, "Kəpəz" daha öncə Bakıda "Sumqayıt"la (1:0) AZAL-a (2:1) qalib gəlmişdi.
