10 iyul 2015 11:45
Hakim davaya görə Neftçinin iki futbolçusuna qırmızı vərəqə verib
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Çernoqoriya "Mladost"u arasında keçirilən cavab oyunundan sonra dava salan futbolçuların kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bunlar "Mladost"dan Miloş Raduloviç, "Neftçi"dən Aylton və ehtiyat qapıçı Maksim Vaylodur.
Qarşılaşmanın baş hakimi Kevin Klensi görüşdən sonra məhz bu üç futbolçuya qırmızı vərəqə göstərib. Maraqlqıdır ki, Raduloviçlə Aylton matçın gedişində sarı vərəqə ilə cəzalanmışdılar. Vayloya isə birbaşa qırmızı vərəqə göstərilib.
İstisna deyil ki, bu oyunçular matçdan sonra dava saldıqlarına görə UEFA tərəfindən bir neçə oyunluq cəzalansınlar.
