10 iyul 2015 02:10

Qəbələ və İnterin Avropa Liqasındakı növbəti rəqibləri bilindi

"Qəbələ" və "İnter" Avropa Liqasının birinci təsnifat mərhələsində uğurlu çıxış edərək növbəti mərhələyə adladılar. Azerisport.az xəbər verir ki, artıq təmsilçilərimizin növbəti rəqibləri də dəqiqləşib.

Belə ki, "Qəbələ" ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq. Bu komanda ilk mərhələdə Sloveniyanı təmsil edən "Domjale"yə qalib gəlib. Səfərdə 1:0 hesabıyla üstün olan "Çukariçki" ev oyununda qapısını toxunulmaz saxlamaqla (0:0) mərhələ adlayıb.

"İnter" isə növbəti mərhələdə İslandiyanın "Hafnarfyordur" klubu ilə üz-üzə gələcək. Bu komanda birinci təsnifat mərhələsində Finlandiyanın SJK klubundan üstün olub. Maraqlıdır ki, "Qəbələ"nin rəqibi kimi, İslandiya klubu da səfərdə 1:0 qalib gəlib. Amma bu komanda ev oyununda da eyni hesabla üstün olub və növbəti mərhələyə adlayıb.

Sonda onu da qeyd edək ki, hər iki klubumuz bu rəqibləri ilə ilk oyunu səfərdə, cavab matçını evdə keçirməli olacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-da, cavab görüşləri isə 23-də baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.