10 iyul 2015 01:40
Mladostla Neftçinin oyunçuları matçdan sonra dava saldılar
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Çernoqoriya "Mladost"u arasında baş tutan cavab matçından sonra dava düşüb. Azerisport.az xəbər verir ki, hakimin final fitindən dərhal sonra bakılı futbolçularla "Mladost"un oyunçuları arasında gərgin anlar yaşanıb.
Əlbəyaxaya çıxan komanda üzvlərini çətinliklə də olsa, ayırmaq mümkün olub.
Qeyd edək ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşan bu klublar Podqoritsada 1:1 oynayıblar. Nəticədə, növbəti mərhələyə Çernoqoriya klubu çıxıb.
