10 iyul 2015 00:40
Nika Kvekveskiri: Matçın taleyini elə ilk yarıda həll edə bilərdik
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. Birinci hissədə yaxşı oynadıq. Fərqlənmək üçün çox yaxşı şanslarımız oldu. Onlardan yararlana bilsəydik, matçın taleyini elə ilk yarıda həll edə bilərdik. Amma əsas növbəti mərhələyə vəsiqə qazanmaqdır. Hər şey geridə qaldı".
