10 iyul 2015 00:30
Laçinin baş məşqçisi Georgi Nikolovla görüşmədi, təkzib etdi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"i ilə Albaniyanın "Laçi" klubu arasında baş tutan cavab matçından (0:0, ilk oyun 1:1) sonra qəribə hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Armando Kunqu Azərbaycan klubunun prezidenti Georgi Nikolovla görüşməkdən imtina edib.
Amma o, matçdan sonrakı mətbuat konfransında bunu təkzib edib: "Mən "İnter"in prezidentini qələbə münasibətilə şəxsən təbrik etdim. Biz həmişə rəqibin əlini sıxmağa hazırıq".
