10 iyul 2015 00:20
Mirhüseyn Seyidov: Şadam ki, yaxşı oynamasaq da, mərhələ keçdik
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gərgin oyun alındı. Çətin idi. İsti də mane olurdu. Əlbəttə, biz yaxşı oyun sərgiləmədik. Amma əsas mərhələ keçmək idi. Şadam ki, buna nail olduq".
