10 iyul 2015 00:15
Armando Kunqu: Yekun qələbəni İnterə öz əlimizlə verdik
Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamın oyunundan narazıyam. Biz öz şansımızı hələ Albaniyada əldən vermişdik. Çoxlu səhvə yol verdik. Bir sözlə, biz yekun qələbəni rəqibə öz əlimizlə verdik. Amma "İnter"in kifayət qədər yaxşı futbolçulara malik olduğunu da etiraf etmək lazımdır".
