10 iyul 2015 00:10

Roman Qriqorçuk: Cavab matçında qol vuracağımıza sonadək inanırdıq

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubu ilə cavab görüşündə qazandıqları qələbəni (2:0, ilk oyun 1:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

"Etiraf edim ki, çox çətin oyun alındı. Bu oyuna xüsusilə psixoloji cəhətdən hazırlaşmaq çox çətin idi. Hər bir oyunçu ilə xüsusi söhbət edirdim, oyuna hazırlayırdım. Bu qələbənin önəmini izah etməyə söz tapa bilmirəm. Bizim üçün çox sevindirici qələbədir. Bizi dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm. İnanın ki, Tiflisdəki məğlubiyyət bizə pis təsir etmişdi. Həmin uğursuzluğu unutmaq çətin idi.

Rəşad Sadiqovun oyunundan narazı olduğumu deməzdim. Ona görə də onu gec əvəzlədim. Ötən gün baş tutan məşqdə standart vəziyyətlər üzərində çox çalışmışdıq. Ən azı iki elə qol vura bilərdik. Amma oyunda bunu etmək çətin olur.

Uşaqların özünə də demişəm ki, biz hələ istədiyim futbolu oynamağa tam hazır deyilik. İlk növbədə də fiziki hazırlıq ürəyim istəyən kimi deyil. Qol vəziyyətlərindən yararlanmaqda problemlərimiz var. Amma qol vuracağımıza inanırdıq. Belə olmasaydı son dəqiqələrdə fərqlənə bilməzdik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.