10 iyul 2015 00:05
Zaur Svanadze: Bu nəticə komandanın gələcəyi baxımından böyük əhəmiyyət daşıyır
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu nəticə komandanın gələcəyi baxımından çox böyük əhəmiyyət daşıyır. Artıq komandanı daha da gücləndirmək barədə düşünəcəyik. Daha dörd futbolçu transfer edəcəyik. Növbəti mərhələdə də sonadək mübarizə aparacağımıza söz verə bilərəm. Avropa Liqasında mümkün qədər çox irəliləməyə çalışacağıq".
