9 iyul 2015 23:40
Tale Heydərov: Xarakter nümayiş etdirən komandamla fəxr edirəm
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubu ilə cavab görüşündə qazandıqları qələbəni (2:0, ilk oyun 1:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Klubumuz ilk dəfə avrokuboklarda mərhələ keçdi. Mən bu gün xarakter nümayiş etdirən komandamızla fəxr edirəm. Oyun çox çətin alındı. Xüsusilə də son dəqiqələr gərgin keçdi. Artıq qol vura bilməyəcəyimizi düşündüyüm anlar oldu. Amma şadam ki, sonda hər şey yaxşı bitdi. Ümid edirəm ki, uğurlarımız hələ qarşıdadır".
