9 iyul 2015 23:30
Georgi Nikolov: İnter hələ də yaşadığını göstərdi
"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab görüşünü şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən (ilk oyun 1:1) görüşlə bağlı bunları söyləyib:
"Özünüz də gördünüz ki, yaxşı oyun sərgiləmədik. Amma "İnter" göstərdi ki, o, hələ yaşayır. "İnter" Azərbaycan futbolunda qalacaq. Bu, bizim cəhənnəmdən çıxmaq yolunda ilk addımımız idi. Komanda ağıllı futbol oynadı. Dəstəyini əsirgəməyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm".
