9 iyul 2015 23:10
Qəbələ fanatları Gürcüstan bayrağını yandırdılar
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstan "Dinamo"su arasında keçirilən cavab oyununda gərgin anlar yaşanıb. Azerisport.az xəbər verir ki, yerli azarkeşlər hər imkandaca qonaqların Tiflisdəki hərəkətlərinə cavab verməyə çalışıblar.
"Qəbələ" şəhər stadionuna toplaşan bir qrup azarkeş tribunada müxtəlif plakatlar açmaqla diqqət mərkəzinə düşmüşdülər.
İkinci hissədə isə azərbaycanlı fanatlar Gürcüstanın bayrağını yandırıblar. Bu, qonaq tərəfdarlar arasında böyük narazılığa səbəb olub.
