9 iyul 2015 23:00
Azərbayanlı azarkeşlər gürcü fanatlara cavab verdilər
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstan "Dinamo"su arasında keçirilən cavab oyununda yerli azarkeşlər qonaqların Tiflisdəki hərəkətlərinə cavab verməyə çalışıblar. Azerisport.az xəbər verir ki, "Qəbələ" şəhər stadionuna toplaşan bir qrup azarkeş tribunada açdıqları plakatlarla diqqət mərkəzinə düşüb.
Plakatlarda "Borçalı Azərbaycanındır", "Sarvan Marneuli deyil", eləcə də həmin bölgələrin Azərbaycan ərazisi kimi göstərildiyi xəritələr və sair qeyd olunmuşdu. Lakin polislərin müdaxiləsi nəticəsində həmin pankartlar dərhal yığışdırılıb.
