9 iyul 2015 20:00
Toni Adams: Dinamonu Roman Qriqorçuk bizdən daha yaxşı tanıyır
"Qəbələ"nin idman direktoru Toni Adams Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibin heyətində çoxlu gənc futbolçu var. Bu komanda çox sürətli futbol sərgiləyir. Amma mən "Qəbələ"nin bu gün ən azı bir qol vurub, mərhələ keçəcəyinə inanıram. "Dinamo"nun ən məşhur futbolçusu Aleksandr İaşvilidir. Tiflisdə o, ikinci hissədə meydana çıxıb, oyunu dəyişdi. Fikrimcə, baş məşqçi Roman Qriqorçuk həmin oyunu yaxşı analiz edib və rəqibin güclü, zəif cəhətlərini bizdən daha yaxşı bilir".
