9 iyul 2015 19:45

Nicat Qurbanov: Neftçi rəhbərliyi komandanın uğuruna inanır

"Neftçi"nin yarımmüdafiəçisi Nicat Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Doğma meydanda 2:2 hesablı heç-heçə pley-off qarşılaşmaları üçün heç də uğurlu nəticə sayılmır. "Neftçi" səfərdə hansı nəticəyə ümidlidir?
- Bu, futboldur. Kim yaxşı oynasa, ələ düşən şanslardan maksimum yararlansa, növbəti mərhələyə də o yüksələcək.

- Artıq "Mladost"u daha yaxşı tanıyırsınız. Bu komandanı nəyin sayəsində keçmək olar?
- Cavab matçına ciddi hazırlaşmışıq. "Mladost"u keçmək üçün sadəcə, qələbə qazanmağımız lazımdır. Vəssalam!

- İlk oyunda buna nail olmağınıza nə mane oldu?
- Komandamız yaxşı təsir bağışladı. Heyətin yenidən formalaşdığını, gənclərin üstünlük təşkil etdiyini nəzərə alsaq, ilk matçın nəticəsi başadüşüləndir. Komandaya inanmaq lazımdır.

- Qələbə qazanmağınıza nə mane oldu?
- Çox təəssüf ki, matçın sonunda qol buraxdıq. Uşaqlar qələbə qazanmaq üçün çox çalışdılar. Allah eləsin ki, buna cavab görüşündə nail olaq.

- "Neftçi" iki qol vursa da, hücumda çox dişsiz görünürdü. Qollar da daha çox təsadüf və fərdi ustalıq sayəsində vuruldu...
- Mən belə deməzdim. Komanda iki qol vurursa, onun hücum xəttini dişsiz adlandırmaq olmaz. Məhəmməd Qurbanov yenidir. Onun sözünü deyəcəyinə inanıram.

- Klub rəhbərliyi ilk oyundan sonra sizə nə dedi?
- Bizə inandıqlarını söylədilər. Cavab matçında uğur qazanacağımıza ümidli olduqlarını söylədilər. Onlar gənc futbolçulara əlavə motivasiya qazandırdılar. Bu da bizi sevindirməyə bilməz.

- Razısınız ki, "Mladost" gözləniləndən zəif komandadır?
- Heç kimi aşağılamaq istəməzdim. Hər bir rəqibimizə hörmətlə yanaşırıq. Onlar bu gün Avropa Liqasında çıxış edirlərsə, deməli, yaxşı komandadırlar. Həmçinin məğlubedilməz komanda da yoxdur.

- "Neftçi" Avroliqada nə qədər uzağa gedə bilər? Ya əsas hədəfiniz yalnız "Mladost"a qalib gəlməkdir?
- Bu mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.