9 iyul 2015 19:30
Adams Qəbələnin əməkdaşlarını sertifikatla mükafatlandırdı
Bu gün Qəbələ şəhər stadionunun bəzi əməkdaşlarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, onlar bir müddət öncə İngiltərədən olan mütəxəssislərin təşkil etdiyi seminara qatılmışdılar.
Məhz İngiltərədən göndərilən sertifikatları stadion əməkdaşlarına klubun idman direktoru Toni Adams təqdim edib.
