9 iyul 2015 18:00
Vitali Borisov keçmiş klubuna qayıtdı
Futzal üzrə Azərbaycan yığmasının kapitanı Vitali Borisov yeni mövsümdən "Araz"da çıxış edəcək. Azerisport.az xəbər verir ki, son mövsümü "Fənər"də keçirmiş təcrübəli futzalçı artıq yeni klubu ilə müqavilə də imzalayıb.
Qeyd edək ki, "Araz" Borisov üçün yad klub deyil. Çünki o, əvvəllər də bu komandanın şərəfini qoruyub.
