9 iyul 2015 17:30
Toğrul Erat üçün 45 dəqiqə
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toğrul Eratın komandası Avstriya toplanışı çərçivəsində Çexiyanın "Prşibram" klubu ilə üz-üzə gəlib.
Matç 3:0 hesabıyla Düsseldrof təmsilçisinin xeyrinə başa çatıb. Erat ikinci hissədə meydanda olub və yenə cinah müdafiəçisi kimi mübarizə aparıb.
Qeyd edək ki, bir neçə gün öncə "Prşibram"a millimizin digər üzvü Dmitri Nazarovun komandası - "Karlsrue" də qalib gəlmişdi - 1:0.
