9 iyul 2015 16:00
Branimir Subaşiç: Serbiyada qalmayacağam, ola bilər ki, Azərbaycana gəlim
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç qarşıdakı planlarından söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzdür, hazırda "OFK Belqrad"ın düşərgəsindəyəm. Amam burada sadəcə, formamı itirməmək üçün məşq edirəm. Yəni bu klubda qalmayacağam. Ümumiyyətlə, Serbiyada oynamağa hazırlaşmıram. Xaricə gedəcəyəm. Mümkündür ki, Azərbaycana gəlim. Hələ dəqiq heç nə deyə bilmərəm. "İnter"lə "Kəpəz"? Hə, belə söhbətlər var. Amma qərar verməyə tələsmirəm. Səhv etmirəmsə, "İnter" artıq yeni hücumçu alıb. Gözləyək, görək nə olur".
