9 iyul 2015 15:00

Vaqif Sadıqov: Ən azı Qəbələ və İnterin mərhələ keçəcəyini düşünürəm

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Avropa Liqasının birinci təsnifat mərhələsindəki təmsilçilərimizin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Klublarımızın hər biri növbəti mərhələyə həm adlaya, həm də mübarizədən kənarda qala bilər. "Qəbələ" və "İnter"in cavab görüşünü evdə keçirdiyini nəzərə alsaq, onların şansları daha qənaətbəxşdir. Bakılılar Albaniya "Laçi"si ilə səfər oyununda sərfəli nəticəyə nail olub (1:1). Fikrimcə, bu komanda öz meydanında uğurlu çıxışını davam etdirib, mərhələ adlayacaq. İlk oyunda uduzmasına baxmayaraq (1:2), "Qəbələ" də bu heyətlə yəqin ki, uğur qazanacaq. "Dinamo" ilə oyunda bu komandadan hamımız qələbə gözləyirik. "Neftçi"yə gəlincə, hər şey komandamızın öz əlindədir. Baxmayaraq ki, ilk oyunun nəticəsi (2:2) Çernoqoriya "Mladost"unun şansının daha çox olduğunu deməyə əsas verir. Cavab matçı da bərabər səviyyədə keçəcək. Bu üzdən də öz şanslarından daha yaxşı yararlanacaq komanda mərhələ adlayacaq. Mənim proqnozuma gəlincə, ən azı "İnter"lə "Qəbələ"nin növbəti mərhələyə çıxacağını düşünürəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.