9 iyul 2015 14:00
Jiqauri: İlk oyun göstərdi ki, Qəbələ çox ciddi rəqibdir
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun yarımmüdafiəçisi Jambul Jiqauri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk oyun "Qəbələ"nin necə ciddi rəqib olduğunu göstərdi. Onlarla cavab oyunumuz da ağır keçəcək. Amma biz psixoloji baxımdan tam hazırıq. Gürcüstanın bütün təmsilçilərinə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
