9 iyul 2015 13:00

Marko Şçepanoviç: Bakıda 2-ci qolu buraxanda daha ikisini buraxacağımızı düşündüm

Çernoqoriyanın "Mladost" klubunun hücumçusu Marko Şçepanoviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Bakıda olan hər kəs stadiondakı atmosferi gördü və hiss etdi ki, rəqibimiz Azərbaycanın ən böyük klublarından hesab olunur. Cavab matçının da ağır keçəcəyini düşünürəm. Çünki rəqibin ilk oyunda 2:2 hesabından çox narazı qaldığı aydındır. Lakin biz növbəti mərhələyə vəsiqə qazanmaq üçün cavab görüşündə də özümüzü yaxşı tərəfdən göstərməliyik.

Biz növbəti mərhələyə ancaq azarkeşlərimizin dəstəyi sayəsində adlaya bilərik. Buna görə onların arenaya gəlib bizi dəstəkləməsi lazımdır. Ümid edirəm ki, podqoritsalıların çoxu bizi dəstəkləməyə gələcək, tribunaları doldurmağa çalışacaq. Çünki uğur qazanmaq üçün çox yaxşı şans əldə etmişik. Bu şansı azarkeşlərimizlə birgə dəyərləndirməliyik.

Bakıdakı oyunda "Neftçi" ikinci qolu vuranda stadionda elə bir sevinc var idi ki, biz hətta daha iki qol buraxacağımızı düşünürdük. Amma xoşbəxtlikdən soyuq başla oyunu davam etdirə bildik və hesabı bərabərləşdirməyə nail olduq. 2:2 hesabı bizi cavab oyununda sakit oynamağa çağırır. Rəqibdən fərqli, bizi yalnız qələbə düşündürmür. Hətta qolsuz heç-heçə və ya 1:1 hesabı da bizi növbəti mərhələyə çıxaracaq. Baxmayaraq ki, yalnız hesabı qorumağa çalışmaq da düzgün deyil. Lakin nə qədər ki, hesab açılmayıb, biz "Neftçi"dən daha şanslıyıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.