9 iyul 2015 12:45

Tural Axundov: Özümüzə inamı artırmaq üçün qələbə qazanmağa çalışırıq

“Kəpəz”in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Tural, əvvəlcə istərdim məşqlər haqda danışaq.
- Hazırlığımız yüksək səviyyədə gedir. Gündə iki dəfə məşq edirik. Səhər məşqində fiziki hazırlıqla məşğul oluruq. Axşam çalışmalarında isə toplu məşqlərə yer ayrılır.

- Komanda toplanış çərçivəsində iki yoxlama oyunu keçirib və hər ikisində qalib gəlib. Oyunlar ağır olmadı?
- Həm “Sumqayıt”, həm də AZAL-a qarşı matçlar bizim üçün çətin oldu. Çünki komanda hələ tam formalaşmayıb. Amma gələcəkdə daha yaxşı olacaq. Heyətdə gənc futbolçular var, canla-başla məşq edirlər. Özlərini ən yaxşı tərəfdən göstərməyə, doğultmağa çalışırlar. Eləcə də təcrübəli futbolçular.

- Komandanın baş məşqçisi Şahin Diniyev də futbolçuların əzmlə çalışdığını, məşqlərdə və oyunlarda verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışdığını bildirir.
- Biz təcrübəlilər azdan-çoxdan oynamışıq. Əsas gənclərin özünü sübut etməsi, onlara bəslənən ümidlərin qarşılığını verməsidir. Əlbəttə ki, bizlər də onlara və komandaya yardımçı olmalıyıq.

- Baş məşqçi yoxlama görüşlərinin nətcəsinin bir önəm kəsb etmədiyini bildirib. Amma komandada, futbolçularda qələbə ruhunu yaratmaq üçün belə oyunlardakı qalibiyyətin vacib olduğunu da sözlərinə əlavə edib. Sən nə deyə bilərsən?
- Düzdü, yoxlama oyunları bizim üçün sınaq xarakteri daşıyır. Lakin özümüzə inamı artırmaq üçün qələbə qazanmağa çalışırıq. Fikrimcə, bu, bizdə alınır. Hər iki görüşü qələbə ilə başa vurmağımız çempionat öncəsi komandada əlavə motivasiya yaradır.

- Karyeranda yeni səhifə açırsan. Yeni komandan haqda nə düşünürsən?
- “Kəpəz” ölkənin ən köklü və titullu klublarındandır. Komandanın tarixi keçmişi var. Sevindirici haldı ki, klub yenidən elitada mübarizə aparacaq. Əlimzidən gələni edəcəyik ki, komanda çempionatda yenidən uğurlu çıxış etsin.

- Bu arada kapitan kimi sənin üzərinə ikiqat məsuliyyət düşür. Sarığını daşımağa hazırsan?
- Komandanın kapitanı məni seçiblərsə, deməli, etimadı doğrultmalıyam. İşin məsuliyyətini, çətinliyini anlayıram və sarğını şərəflə daşımağa hazıram. Baş məşqçimizə də mənə güvəndiyi üçün minnətdaram.

- Son olaraq gəncəli azarkeşlərə sözünü eşidək. Yoxlama oyunları olmasına baxmayaraq, onlar sizi tək buraxmırlar.
- Azarkeşlərə demək istəyirəm ki, bizi çempionat oyunlarında da dəstəkləsinlər, komandaya inansınlar. Komanda yeni yaranır, fanatların dəstəyinə ehtiyacımız var. İnşallah, qələbərlə “Kəpəz” onları sevindirər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.