9 iyul 2015 12:15
Qəbələ anşlaq gözləyir
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" (Tiflis) klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, satışa çıxarılan 4500 biletdən səhər saatlarına qədər 2500-ə yaxını satılmışdı.
Klubda bütün biletlərin satılacağına, arenada anşlaq olacağına şübhə etmirlər. Çünki ölkənin əksər şəhərlərindən bu oyunu izləməyə gələnlər var.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı saat 21:00-da start götürəcək.
