9 iyul 2015 12:00

Ruslan Qurbanov: Mladostun ev oyununda hücuma atılacağını düşünmürəm

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə cavab oyunu öncəsi azerisport.az saytına müsahibəsi

- Cavab oyunundakı şanslarınızı necə qiymətləndirə bilərsiniz? Yəqin ki, "Mladost" evdə Bakıdakı kimi oynamayacaq...
- Elədir. Onların hücuma çox aludə olacağını düşünmürəm. Amma hələ də şansların bərabər olduğunu hesab edirəm. Hətta biz bu dəfə səfərdə oynasaq da. Bizə qələbə qazanmaq çox vacibdir.

- Hazırlıq necə keçib?
- Tam gücümüzlə məşq etmişik. Hamımız gözəl başa düşürük ki, bizdən ancaq müsbət nəticə gözlənilir. Biz də buna nail olmaq istəyirik ki, hamı razı qalsın.

- İlk oyunda qələbəni əldən verməyiniz məyusluq yaratmır?
- Əlbəttə, məyusluq var. Bu, psixoloji baxımdan da təsirini göstərir. Amma futbol belədir. Təəssüf ki, oyunun sonunda qol buraxdıq. Cavab oyununda qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.

- "Neftçi"nin qələbəsinə nə çatmadı?
- Fikrimcə, normal oynadıq. Özü də heyətin əksəriyyəti yerli uşaqlar idi. Sadəcə, oyun təcrübəsinin azlığı sözünü dedi. Bəzi uşaqların ümumiyyətlə avrokubok təcrübəsi yox idi.

- Geridə qalan müddətdə həmin çatışmazlıqları aradan qaldırmaq mümkün olmamışdı...
- Çünki hazırlıq üçün çox az vaxtımız var idi. Amma biz özümüzə inanırıq. Cavab oyununda da qələbəyə oynayacağıq.

- Hazırda komandada bir mərkəz hücumçusu - Məhəmməd Qurbanov var. Siz adətən, sağ cinahda oynayırdınız. Amma ilk oyunda hücumun sivri ucunda sizi gördük...
- Şəxsən mənim üçün bunun ciddi fərqi yoxdur. Baş məşqçinin qoyduğu istənilən mövqedə oynamağa hazıram. Əlbəttə, bir qədər alışmadığım mövqe idi. Çünki mən daha çox cinahda oynayırdım. Buna baxmayaraq, çalışdım. Məhəmmədə isə vaxt lazımdır. Bu, onun hələ debüt oyunu idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.