9 iyul 2015 22:51

Qəbələ Dinamonu son anda devirib, tarix yazdı

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də cavab görüşünə çıxıb. Komandamızın rəqibi isə Gürcüstanın "Dinamo" (Tiflis) klubu idi.

Avroliqadakı təmsilçilərimiz arasında ən sanballısı hesab olunan "Qəbələ" mərhələ adlamağa da real namizədlərdən sayılırdı. Düzdür, bölgə təmsilçisi səfər matçında 10 nəfərlə qalan rəqibindən 2 qol buraxaraq, meydanı məğlub tərk etmişdi - 1:2. Amma cavab görüşündə hətta 1:0 hesablı qələbə də Roman Qriqorçukun kollektivini növbəti mərhələyə çıxara bilərdi. Qarşılaşmada uzun müddət qol vurulmadı. Lakin görüşün son dəqiqələrində iki qol vurmağa nail olan təmsilçimiz tarixi ərzində ilk dəfə avrokuboklarda mərhələ adlamağa nail oldu.

Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə "Domjale" (Sloveniya)/"Çukariçki" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(cavab oyunu)
9 iyul

21:00. “Qəbələ” - “Dinamo” (Tiflis) - 2:0 (0:0)
Qol: A.Məmmədov, 89 (1:0). A.Antonov, 90+3 (2:0).
Sarı vərəqə: V.Vernidub, 37. G.Floresku, 48. C.Hüseynov, 54.
Qırmızı vərəqə: L.Totadze, 71.
(ilk oyun - 1:2)
Baş hakim: Amori Deleru (Fransa).
Qəbələ. Şəhər stadionu.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 86), 44. Rafael, 5. Georgi Floresku (10. Dodo, 77), 6. Rəşad Sadiqov (11. Asif Məmmədov, 82), 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Dinamo": 12. Libor Hrdliçka, 3. Laşa Totadze (k), 5. Arçil Tvildiani (7. Georgi Janelidze, 84), 25. Rene Santos, 37. Zaza Çelidze, 6. Mate Tsintsadze, 10. Georgi Papunaşvili, 31. Jambul Jiqauri, 77. Vaxtanq Çanturişvili, 9. Aleksandr İaşvili (13. Otar Kiteişvili, 61), 11. Georgi Kvilitaya (17. Georgi Quruli, 74).
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 14. Laşa Parunaşvili, 22. Saba Lobjanidze, 8. Baçana Arabuli.
Baş məşqçi: Georgi Gequçadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.