9 iyul 2015 22:50

İnter qələbə qazanmadan 2-ci təsnifat mərhələsində!

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də cavab görüşünə çıxıb. Komandamızın rəqibi isə Albaniyanın "Laçi" klubu idi.

İlk oyunu səfərdə keçirən təmsilçimiz Albaniyadan sərfəli nəticə ilə qayıtmağa nail olmuşddu - 1:1. Bu üzdən də Bakıdakı cavab görüşündə uğurlu sonluğa ümid etmək olardı. Bakılılar doğma meydanda hətta qolsuz heç-heçə ilə də mərhələ adlaya bilərdilər. Hesab açılacağı halda isə təmsilçimiz mütləq qələbə qazanmaq məcburiyyətində qalacaqdı. Lakin buna ehtiyac qalmayıb. 90 dəqiqə ərzində qol vurulmayınca, Azərbaycan klubu adını ikinci təsnifat mərhələsinə yazdırıb.

Qeyd edək ki, "İnter" növbəti mərhələdə SJK (Finlandiya)/"Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(cavab oyunu)
9 iyul

21:00. "İnter" - "Laçi" - 0:0 (0:0)
Sarı vərəqə: Z.Xizanişvili, 72. E.Veliay, 88.
(ilk oyun - 1:1)
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Bakı. "İnter Arena".

"İnter": 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (45. İlkin Sadıqov, 81), 13. Mirsayib Abbasov (18. Mənsur Nəhavəndi, 90+4), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev (5. Denis Silva, 90+1).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Taşqin Sertan, 39. Elnur Süleymanov, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.
"Laçi": 31. Miroslav Vuyadinoviç, 3. Emilyano Çela, 5. Aryan Şeta, 7. Elton Doku (9. Aldo Mitray, 76), 11. Taulant Sefqyini, 10. Eryon Vuçay, 18. Agim Meto, 19. Valdan Nimani (6. Mikalenxho Bardhi, 82), 21. Olsi Teyqa, 28. Emilyano Veliay (k), 8. Sequn Adeniyi.
Ehtiyat oyunçular: 1. Şpetim Moçka, 4. Matey Baqariç, 16. Edison Ndreça.
Baş məşqçi: Armando Kunqu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.