8 iyul 2015 23:30
Armando Kunqu: O, siyasətçi yox, futbolçudur
Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda bunları söyləyib:
"Bizə asan olmayacaq. Diqqətli oynamağımız lazımdır. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. İnanırıq ki, ilk oyundakı kimi çıxış edə bilərik. Ev oyununda bir səhvə yol verdik, qolla nəticələndi. Sabah hər şeyə hazır olmalıyıq. Oyunçumuzun Azərbaycana buraxılmaması da məni narahat edir. O, futbolçudur və öz işinin peşəkarıdır, siyasətçi deyil".
Qeyd edək ki, Kunqu bununla komandasının Kosovodan olan futbolçusu Argend Mustafanın ölkəmizə buraxılmamasını nəzərdə tutub.
