Georgi Gequçadze: Qəbələ ilə oyunda hər şeyi oyunçuların xarakteri həll edəcək
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Georgi Gequçadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Qəbələdə baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk oyunun nəticəsi də göstərir ki, cavab oyununda bizi çox gərgin qarşıdurma gözləyir. Biz yaxşı hazırlaşmışıq. Komandaların şansları bərabərdir. Heyətimizdə zədəli futbolçular var. Üstəlik, ilk oyunda qırmızı vərəqə almış Georgi Qvelesiani bizə kömək edə bilməyəcək.
Sabahkı oyunda futbolçuların matça yanaşması həlledici əhəmiyyət daşıyacaq. Çünki meydanda hər şeyi futbolçuların xarakteri həll edir.
"Qəbələ" doğma meydanda oynadığına görə güclü dəstəyə malik olacaq. Bu, təbii ki, meydan sahibləri üçün böyük üstünlükdür. Amma oyunçularımızla bu barədə söhbətimiz olub. Yaxşı futbol sərgiləmək istəyiriksə, komanda psixoloji baxımdan da hər şeyə hazır olmalıdır".
