8 iyul 2015 20:30
Zaur Svanadze: Qolsuz heç-heçənin bizi qane etdiyini düşünməyəcəyik
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun olacaq. Yaxşı hazırlaşmışıq. Amma nəticənin necə alınacağını oyun göstərəcək. Rəqibi analiz etmişik. Onun güclü və zəif cəhətlərini bilirik. Qolsuz heç-heçənin bizi qane edəcəyini düşünmürük. Yuri Fomenko hələ də zədəlidir. Onun meydana çıxmasına son anda qərar verəcəyik. Mümkündür ki, onu Nizami Hacıyev əvəzləsin".
