8 iyul 2015 20:00

Roman Qriqorçuk: Əlavə vaxt və penalti barədə düşünmürük

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"suna (Gürcüstan) qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin mətbuat konfransında səsləndirilən fikirlərlə tanış edir.

- Cavab oyununa məğlub başlamaq komandanıza mənfi təsir etməyəcək?
- Hər şey normaldır. Bilirik ki, yaxşılaşdırmalı olduğumuz nüanslar var. Əminəm ki, oyuna qədər bunların öhdəsindən gələ biləcəyik. Qələbəyə köklənmişik.

- "Qəbələ"yə erkən qol lazımdır. Düşünmürsünüz ki, bu, mənfi nəticələrə gətirib çıxara bilər?
- Erkən qol həmişə yaxşıdır. Bu, komandaya əlavə əminlik qazandırır. Amma bizim sabahkı əsas hədəfimiz erkən qol vurmaq deyil. Biz sadəcə, ilk oyunla müqayisədə daha yaxşı çıxış etməyə çalışmalıyıq. Nəticə qazanmaq, uğura nail olmaq üçün sadəcə, yaxşı oyun sərgiləmək lazımdır. Başqa heç nə.

- Start heyətdə dəyişiklik olacaq?
- Mümkündür. Amma dəqiq deyə bilmərəm. Hər şeyə sabah aydınlıq gələcək. Nəzərə almaq lazımdır ki, heyətimiz yenilənib, təzə gəlmiş futbolçulara vaxt lazımdır. Bu mənada ilk oyunu Qəbələdə keçirməyimiz daha yaxşı olardı. Sabah da ideal oyun sərgiləməyə bilərik.

- Tiflisdə məğlubiyyətlə yanaşı başqa xoşagəlməz məqamlar da yaşandı. Gürcü azarkeşlərin davranışları sizi qələbəyə daha da motivasiya edə bilər?
- Mən bu barədə danışmaq istəmirəm. Bu cür hadisələrin yaşanmasını da istəməzdim. Futbol öz gözəlliyini qorumalıdır. Həmin münaqişələrlə bağlı futbolçularla danışmaq da istəmirik. Biz sabah yalnız yaxşı futbol sərgiləmək və uğur qazanmaq barədə düşünürük. Azarkeşlərimizi də yalnız bununla sevindirə bilərik.

- İlk oyun ərəfəsində 5:0 hesablı qələbədən dəm vururdunuz. Yenə də eyni hədəfiniz var?
- Biz həmişə bu hesabla qələbə qazanmaq istərdik. Bunun alınıb-alınmayacağını oyun göstərəcək.

- Komanda fiziki cəhətdən tam hazırdır? Çünki əlavə vaxt da ola bilər...
- Zamanla daha yaxşı olacaq. Amma bu gün üçün fiziki cəhətdən tam hazır olduğumuzu deməzdim.

- Məşqlərdə penaltilər üzərində çalışmısınız?
- Xeyr. Bu barədə heç düşünməmişəm. Fikrimcə, penaltilər barədə düşünsək, özümüz vəziyyəti o həddə aparıb çıxararıq.

- Növbəti rəqiblərinizlə maraqlanmısınız?
- Əlbəttə. Amma növbəti mərhələyə adlasaq, qarşılaşmalı olduğumuz rəqibi daha yaxından analiz etmək şansımız olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.