8 iyul 2015 19:00
Dinamo Qəbələyə gəldi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə cavab görüşünə çıxmalı olan Gürcüstanın "Dinamo" klubu bu gün Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, Tiflis təmsilçisi axşam saatlarında Qəbələyə çatıb.
Avtobusla gələn qonaq komanda birbaşa məskunlaşacağı otelə yollanıb. Bir qədər sonra gürcülər matçın keçiriləcəyi arenada son məşqə çıxacaqlar.
Xatırladaq ki, bu klubların ilk oyununda "Dinamo" 2:1 hesabıyla üstün olmuşdu.
