8 iyul 2015 17:00
Leroy Corc özünə yeni klub tapdı
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Leroy Corc özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçu yenidən Türkiyənin "Göztəpə" klubu ilə danışıqları bərpa edib.
Corc öncə 450 000 avro tələb etdiyi bu kluba güzəştə gedib. Belə ki, ağdamlıların sabiq oyunçusu indi 300 min avroya da bu klubda oynamağa hazırdır. Amma İzmir klubu həmin məbləğin yalnız 250 000-ni ödəməyə hazır olduğunu diqqətə çatdırıb.
Son məlumata görə, klublar artıq razılığa gələ biliblər. Futbolçu özü də tvitterdəki səhifəsində iki illik müqavilə imzaladığını bildirib.
